• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yardımlıda vəzifəl şəxs inzibati məsuliyyətə cəlb olunub

    20

    noy

    Yardımlıda vəzifəl şəxs inzibati məsuliyyətə cəlb olunub

    Yardımlıda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

    DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Çayüzü kəndi ərazisində Viləş çayında məişət tullantılarının qalaqlanması halı aşkarlanıb.

    Aşkarlanan halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.
    Bu istiqamətdə tədbirlər davam etdirilir.

    Tarix : 20-11-2023, 16:48 | Oxunub: 1 665