• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

    04

    may

    Atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

    Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır.

    Atmosferin çirklənməsində şübhəsiz ki, nəqliyyat vasitələrinin sayının gündən günə artmasının böyük təsiri var.  Nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.

    Dünyada eləcə də, ölkəmizdə daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80%-dir.

    Hesablamalara görə, ölkəmizdə avtomobil nəqliyyatından atmosferə il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

    Ekologiya.az bildirir ki, atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciət edib

    Beləki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin rəhbərliyini istifadələrində olan avtomobilləri saz vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını növbəti dəfə təmin etməyə çağırıb.

    Tarix : 4-05-2024, 10:15 | Oxunub: 57