• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Oğuz və Şamaxıda sənaye və məişət tullantılarının qalaqlanmasına görə vəzifəli şəxslər barəsində protokol tərtib olunub - FOTO

    24

    noy

    Oğuz və Şamaxıda sənaye və məişət tullantılarının qalaqlanmasına görə vəzifəli şəxslər barəsində protokol tərtib olunub - FOTO

    Oğuz və Şamaxı rayonlarında sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Oğuz rayonunun Yemişənli, Şamaxı rayonunun Çuxuryurd kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

    Aşkar edilmiş faktlarla bağlı vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.



    Tarix : 24-11-2023, 09:34 | Oxunub: 1 947