• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sanitar-gigiyena qaydalarının pozulmasına görə Şəmkirdə vəzifəli şəxs barəsində protokol tərtib olunub/FOTO

    25

    noy

    Sanitar-gigiyena qaydalarının pozulmasına görə Şəmkirdə vəzifəli şəxs barəsində protokol tərtib olunub/FOTO

    Şəmkir rayonunda sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

    Aşkar edilmiş faktla bağlı  vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

    Tarix : 25-11-2023, 12:06 | Oxunub: 1 835