• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Toya gedən tanınmış şəxs Hacıqabulda ağır qəzaya düşdü, YARALILAR VAR - FOTO

    12

    okt

    Toya gedən tanınmış şəxs Hacıqabulda ağır qəzaya düşdü, YARALILAR VAR - FOTO

    Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

    Ekologiya.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

    Müğənni Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

    Nəticədə sürücü və avtomobildə olan prodüser müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

    Faktla bağlı araşdırma aparılır.

    Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb - FOTO

    Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb - FOTO

    Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb - FOTO

    Tarix : 12-10-2024, 16:26 | Oxunub: 1 880