Misirin şimalında, Nil çayında gəmi qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Misirin yerli telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Giza əyalətinin Munşaat əl-Kanater bölgəsində baş verib. Qəzaya uğrayan gəmi yaxınlıqda yerləşən tikinti obyektinə işçiləri aparırmış. İşçilərdən 8-nin həlak olduğu, digər 6 nəfərin isə xilas edildiyi qeyd olunub.