• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şabran və Qusar rayonlarında təbiətə 13 min manatdan çox ziyan dəyib

    25

    apr

    Şabran və Qusar rayonlarında təbiətə 13 min manatdan çox ziyan dəyib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şabran və Qusar rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.


    Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, araşdırma zamanı Şabran rayonu, Bakı-Quba avtomobil yolunun kənarında yerləşən “Bakı” ictimai-iaşə obyektinin ərazisində, eyni zamanda ona bitişik torpaq sahəsində və Qusar rayonu Mucuq kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 13 min 440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

    Tarix : 25-04-2025, 21:58 | Oxunub: 3 104