Bu rayonlar ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkarlanıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron, Ağsu və Cəbrayıl rayonlarının ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı Ağsu rayonu Göydəllikli kəndinin inzibati ərazisində “North West” şirkəti tərəfindən 2 ədəd, Cəbrayıl rayonu Yuxarı Mərcanlı kəndinin inzibati ərazisində “Modern View” şirkəti tərəfindən 8 ədəd və Abşeron rayonunun inzibati ərazisində “Park Xırdalan” MMC tərəfindən
4 ədəd ağacın kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı müvafiq olaraq adıçəkilən şirkətlərin iş icraçıları Həbib Yolçuyev, Zabil İsmayılov və MMC-nin iş icraçısı Vüqar Abasov barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.