İctimaiyyətin xüsusi mühafizə olunan təbiət əraziləri ilə tanışlığını artırmaq, onların qorunmasının vacibliyini vurğulamaq məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur, xüsusi ekoloji təqvim günlərində "açıq qapı" günləri keçirilir.
Belə tədbirlərdən növbətisi 5 iyul tarixində Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar təşkil olunub. Ağgöl Milli Parkına gələn turistlər milli parkın flora və faunası ilə tanış olub, göl ətrafı ərazilərdə quşları müşahidə ediblər. Şirvan Milli Parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari tur və veloyürüş təşkil edilib.