Şirvan və Ağgöl milli parklarında "açıq qapı" günü keçiriləcək
Şirvan və Ağgöl milli parklarının yaranmasının 22-ci ildönümü münasibətilə 5 iyul tarixində milli parklarda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.
Bu xüsusi gündə ziyarətçilər Ağgöl Milli Parkının təbiət gözəllikləri ilə tanış olmaq, nadir quş və digər fauna növlərini müşahidə etmək imkanı əldə edəcəklər. Şirvan Milli Parkında isə ziyarətçilər üçün ceyranları izləmək üçün safari
tur və velosipedlə gəzinti təşkil olunacaq.
Təbiətin qoynunda maraqlı və yaddaqalan vaxt keçirmək istəyən hər kəsi Şirvan və Ağgöl milli parklarına dəvət edirik.