• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Duman Bakıdan nə zaman çəkiləcək? - ƏSAS SƏBƏB

    13

    mar

    Duman Bakıdan nə zaman çəkiləcək? - ƏSAS SƏBƏB

    Bakıda 4 gündür ki, dumanlı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır. Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

     Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Ekologiya.az-a açıqlamasında bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Onun sözlərinə görə, inversiya dumanının yaranması əsasən temperaturun paylanmasından asılı olur.

    “Normal atmosfer şəraitində daha yuxarı təbəqələrə qalxdıqca havanın temperaturu aşağı enir. İnversiya adlanan şəraitdə bu qayda pozulur və yuxarı qalxdıqca temperatur artır. Nəticədə az hərəkətli hava kütlələri daxilində dumanın yaranması üçün əlverişli şərait olur.

    Dumanlı hava şəraiti əsasən səhər və axşam saatlarında müşahidə olunur. Gündüz yerüstü temperaturun yüksəlməsi dumanın bir qədər seyrəlməsinə səbəb olur. Bir neçə gün üstünlük təşkil edən zəif cənub-şərq hava axınları dumanın davamiyyətli olmasına şərait yaradır”.

    Tarix : 13-03-2025, 12:20 | Oxunub: 1 032