11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin ərazisində maarifləndirmə tədbiri keçirib - FOTO
Meşə yanğınlarının qarşısının alınması məqsədilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və kənd sakinlərinin iştirakı ilə Cəlilabad rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
Ekologiya.az bildirir ki, tədbirdə Mərkəzin əməkdaşları və kənd sakinləri iştirak edib.
Təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.
![]()
![]()
![]()