• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

    20

    iyn

    Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

    Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıdadır.

    Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

    Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

    Tarix : 20-06-2024, 09:00 | Oxunub: 1 672