• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib - FOTO

    19

    iyn

    “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib - FOTO

    Meşə və yaşıllıq ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Tovuz və Samux rayonlarının meşə ərazilərində, eləcə də Türyançay Dövlət Təbiət Qoruğunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib. 

    Təlimlərdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.Ekologiya.az

    Tarix : 19-06-2025, 15:17 | Oxunub: 3 320