• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DETX ov qaydalarını pozan şəxsləri saxladı

    11

    fev

    DETX ov qaydalarını pozan şəxsləri saxladı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonunun inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb. 


    Araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakini Ədalət Fərəcov, Neftçala rayonu 1 nömrəli Mayak kənd sakini Eldost Dadaşov olduğu müəyyən edilib, onlardan 2 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.
    Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Ekologiya.az

    Tarix : 11-02-2025, 22:03 | Oxunub: 2 168