• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DETX  bu rayonlarda ov qaydalarını pozan şəxsləri saxlayıb

    28

    fev

    DETX bu rayonlarda ov qaydalarını pozan şəxsləri saxlayıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Abşeron, Şəmkir, İmişli, və Xaçmaz rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.


    Araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakinləri Tahar Qafarov, Ceyhun Fərhadov, Ramik Bayramov, Zahid Əlizadə, Beybala Rzayev, Bahadur Quliyev, Rəşad Qafarov, Taleh Qasımov, Sumqayıt şəhər sakinləri Emin Həsənov, Azay Cəlilov, Samux rayonu Qarayeri kənd sakini Vüqar Quliyev,  Kürdəmir rayonu Sovla kənd sakini Cavid Cəfərov, Xaçmaz rayonu Nərəcan kənd sakini Rövşən Əmrahov və Gəncəli kənd sakini Əli Hüseynov olduğu müəyyən edilib, onlardan 14 ədəd ov silahı, xeyli sayda ovlanmış quşlar aşkar edilərək maddi sübut kimi götürülüb.


    Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və ümumilikdə 14000 manat məbləğində cərimə tətbiq olunub.

    Ekologiya.az

    Tarix : 28-02-2025, 17:09 | Oxunub: 1 376