• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qaradağ rayonunda kafedə qumarxana təşkil edənlər saxlanılıb

    01

    mar

    Qaradağ rayonunda kafedə qumarxana təşkil edənlər saxlanılıb

    Qaradağ Rayon Polis İdarəsinə (RPİ) Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.

    Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

    Tarix : 1-03-2025, 11:36 | Oxunub: 1 576