• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb

    08

    mar

    Mingəçevirdə qanunsuz balıq ovlayan şəxs saxlanılıb

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.


    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, su polisləri tərəfindən Mingəçevir su anbarında keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan N.Abdullayev saxlanılıb. Ondan rezin qayıq, tor, “domça” adlandırılan balıqovlama aləti, qanunsuz ovladığı balıqlar və digər əşyalar aşkarlanıb.

    Faktla bağlı araşdırmalar aparılır.

    Tarix : 8-03-2025, 19:35 | Oxunub: 1 296