• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda ağır qəza - xəsarət alan var

    27

    mar

    Bakıda ağır qəza - xəsarət alan var

    Bakının Sabunçu rayonunda avtomobil marketin qarşısındakı işıq dirəyinə çırpılıb, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

    Yol-nəqliyyat hadisəsi Zabrat yolunda qeydə alınıb.

    Belə ki, hərəkətdə olan "Volkswaqen Passat" markalı minik avtomobilinin sürücüsü qəfildən sükana nəzarəti itirib.

    Avtomobil əvvəlcə eyni istiqamətdə olan "Toyota Prius" markalı nəqliyyat vasitəsinə, daha sonra isə, yol kənarında yerləşən marketlərdən birinin qarşısındakı işıq dirəyinə çırpılıb.

    Hadisə nəticəsində avtomobillərə ziyan dəyib. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub.

    Nəqliyyat vasitələri yoldan götürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır./APA

    Tarix : 27-03-2025, 15:25 | Oxunub: 584