• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kürdəmirdə yol qəzasında minik avtomobili tamamilə yanıb

    05

    apr

    Kürdəmirdə yol qəzasında minik avtomobili tamamilə yanıb

    Kürdəmirdə minik avtomobili yanaraq külə dönüb.


    AZƏRTAC xəbər verir ki, hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü, rayonun Atakişili kənd sakini Ruslan Əzimov hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobil yolun kənarında olan elektrik dirəyinə çırpılıb və anidən alışıb.


    Alovun qarşısını almaq mümkün olmayıb, nəticədə avtomobil tamamilə yanaraq külə dönüb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

    Hazırda faktla bağlı araşdırma aparılır

    Tarix : 5-04-2024, 11:11 | Oxunub: 1 698