• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Avtobus dayanacağında gözləyən qadını maşın vurub ÖLDÜRDÜ

    14

    apr

    Avtobus dayanacağında gözləyən qadını maşın vurub ÖLDÜRDÜ

    Bakıda avtobus gözləyən qadını maşın vurub. 

    20.02.2025-ci il tarixdə Ağayev Kamran Nurəli oğlu idarə etdiyi “Mitsubishi Pajero” markalı 77-CM-706 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən ünvanında hərəkətdə olan zaman yolun kənarında yerləşən avtobus dayanacağında dayanmış Səlimova Saray Ağakişi qızını vurub. Aldığı xəsarətlərdən müalicə alan qadın Kliniki Tibbi Mərkəzində 13.04.2025-ci il tarixində dünyasını dəyişib.

    Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.  (lent.az)

    Tarix : 14-04-2025, 16:11 | Oxunub: 1 032