Bakıda qadın iş yerində ölüb.

Ekologiya.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki dondurma sexində qeydə alınıb.

Həmin sexdə satıcı-operator işləyən, 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova iş vaxtı işemik insult keçirib. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.