• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kəlbəcərdə "UAZ" AŞDI - yaralananlar var

    08

    iyl

    Kəlbəcərdə "UAZ" AŞDI - yaralananlar var

    Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

    Ekologiya.Az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

    Belə ki, Beyləqan rayon sakini "UAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

    Qəza zamanı sürücü 1980-ci il təvəllüdlü X. Quliyev onun sərnişinləri; 1988-ci il təvəllüdlü E. Həsənov və 2000-ci il təvəllüdlü V. Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır. /APA

    Tarix : Bu gün, 11:40 | Oxunub: 312