Lənkəranda 2 nəfərin yanmış cəsədi tapılıb.

Ekologiya.az-ın xəbərinə görə, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır. Yanmış cəsədlərin kimliyi və hansı şəraitdə öldüyü müəyyən edilməyə çalışılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.

Faktla bağlı araşdırma aparılır.(Apa)