• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zərdabda maşın kanala düşdü- 2 ölü, 4 yaralı

    25

    mar

    Zərdabda maşın kanala düşdü- 2 ölü, 4 yaralı

    Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Ekologiya.az “Zerdabcom saytı”na istinadən xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.

    Məlumata görə, “Hyundai SantaFe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

    Qəza nəticəsində Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı hadisə yerində həyatını itirib.

    Hadisə zamanı daha 4 nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarətləri alıblar.

    Tarix : 25-03-2026, 13:42 | Oxunub: 848