• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Maşın restorana çırpılıb- Xəsarət alanlar olub

    08

    apr

    Maşın restorana çırpılıb- Xəsarət alanlar olub

    Mingəçevirdə avtomobil restorana çırpılıb.

    “Qafqazinfo” xəbər verir ki, Füzuli küçəsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı sürücü və iki sərnişin xəsarət alıb.

    Belə ki, idarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil səkiyə qalxaraq, “Qala” restoranı yerləşən binaya çırpılıb.

    Qəza nəticəsində sürücü, 1997-ci il təvəllüdlü Qurban İsmayılov və avtomobildə olan sərnişinlər - 2006-cı il təvəllüdlü Ruslan Əhmədov,  2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 8-04-2026, 08:20 | Oxunub: 1 080