• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

    01

    may

    Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

    Sabirabadda ağır yol-nəqliyyat hadisə olub.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çiçəkli kəndində qeydə alınıb. Heyvan sürüsü ilə qarşılaşan “Priora” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsini yolun kənarına aşırıb. Hadisə zamanı Cəngan kənd sakinləri, Raqif Məmmədov və qardaşı Elşad Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara təcili təxirəsalınmaz tibbi yardım göstərilib. Ağır xəsarətlər alan E. Məmmədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

    Tarix : 1-05-2025, 09:05 | Oxunub: 1 272