• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Goranboyda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb

    18

    apr

    Goranboyda avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb

    Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

    "Report"un Qərb bürosunun məlumatına görə, Goranboy şəhərinin çıxışında 2 avtomobilin toqquşması nəticəsində, 1990-cı il təvəllüdlü İ.Səfərov, 1993-cü il təvəllüdlü E.Quliyev, 1992-ci il təvəllüdlü E.Yaqubov və 1981-ci il təvəllüdlü E.Həsənəliyev xəsarət alıblar.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini kafi və qənaətbəxş kimi qiymətləndirirlər.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 18-04-2024, 18:27 | Oxunub: 87