• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib

    01

    may

    Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib

    Bakı və Sumqayıt şəhərləri ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

    Ekologiya.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Biləcəri qəsəbəsi Yəhya Hüseynzadə küçəsi “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus torpaq sahəsində, Sumqayıt şəhəri Sülh küçəsi 76-cı məhəllədə yerləşən şəhər qəbiristanlığının ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə 57 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

    Tarix : 1-05-2024, 16:56 | Oxunub: 1 831