Sumqayıtda qaz-toz tutucu qurğuların quraşdırılmadığı aşkar olunub - RƏSMİ
Ölkə ərazisində fəaliyyət göstərən restoranlardan atmosfer havasına atılan tullantıların qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.
Nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri ərazisində yerləşən “Xan”, “La Chateau”, “Atlantida”, “Sahil, “Dağlılar”, Xırdalanda yerləşən “Kababçı”, “Məhəbbət”, Masazır qəsəbəsində yerləşən “Tri Palma” və Xızı rayonunda yerləşən “Ovçular”, “Qızıl Qazma” restoranlarında qaz-toz tutucu qurğuların quraşdırılmadığı aşkar olunub.
Faktlarla bağlı obyektlərin sahibləri Pərvin Sadiqov, Nicat İbrahimli, Zahid Daşdəmirov, Arif Pənahov, Qoşqar Məmişov, Ağa Əhmədov, Rəşad Kazımov, Tural Hacıyev, Nahid İlyasov və Rəfail Cəlilov barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.
Ekologiya.az