• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İctimai-iaşə obyektləri və restoranlarda DETX -nin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib

    26

    iyl

    İctimai-iaşə obyektləri və restoranlarda DETX -nin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib

    Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.


    Nəzarət tədbirləri zamanı Bakı şəhəri ərazisində yerləşən “SeaBay”, “Reyhan”, “Bakı”, Sumqayıt şəhərində yerləşən “Manqal”, “Balıqçı”, “Yaşıl Məkan”, “Sərin göl”, “Zəfəran”, Abşeron rayonunda yerləşən “Vedi”, “Namiq Pub” və Şabran şəhərində yerləşən “Sara” iaşə obyektlərində atmosfer havasına atılan zərərli maddələrin qarşısının alınması məqsədilə nəzərdə tutulan qaz-toz tutucu qurğuların quraşdırılmaması faktları aşkar olunub.


    Faktlarla bağlı obyektlərin sahibləri Çinar Məmmədov, Sədi Ağayev, Teymur İsbəndiyərov, Ramil Məmmədalıyev, Aslan Seyidəmirov, Fərhan Verdiyev, Xalid Alxasov, Vüqar Sadıxov, Vüsal Həsənov, İlqar İbrahimov və Sara Bağırova barəsində Protokol tərtib olunub qanunamüvafiq tədbir görülüb.

    Ekologiya.az

    Tarix : 26-07-2024, 20:20 | Oxunub: 2 016