• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lənkəranda itkin düşən balıqçılarla bağlı SON VƏZİYYƏT

    15

    yan

    Lənkəranda itkin düşən balıqçılarla bağlı SON VƏZİYYƏT

    "Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçıların axtarışları fasiləsiz olaraq davam etdirilir".

    Ekologiya.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat verib.

    Xatırladaq ki, ötən gün səhər saatlarında balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxsalar da, geri dönməyiblər. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.


    Tarix : 15-01-2025, 14:12 | Oxunub: 1 272