• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Salyanda ağır yol qəzası: Ölənlər və yaralananlar var

    28

    yan

    Salyanda ağır yol qəzası: Ölənlər və yaralananlar var

    Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, “NİVA” markalı avtomobilin digər nəqliyyat vasitəsi toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.

    Hazırda hadisə yerinə təcili yardım briqadası və hüquq-mühafizə orqanları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 28-01-2025, 20:00 | Oxunub: 1 728