• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN: III MDB Oyunlarının Mingəçevirdə keçirilən yarışları təhlükəsizlik şəraitində yekunlaşıb

    06

    okt

    DİN: III MDB Oyunlarının Mingəçevirdə keçirilən yarışları təhlükəsizlik şəraitində yekunlaşıb

    III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçirilən yarışlar bu gün təhlükəsiz şəraitdə başa çatıb.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, həmin müddət ərzində DİN-in əməkdaşları tərəfindən ictimai asayişin qorunması və hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz xidmət təşkil olunub. Polisə edilən müraciətlərə operativ reaksiya verilib, həmçinin idmançıların, şəhərə gələn qonaqların və sakinlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib.

    Tarix : 6-10-2025, 19:48 | Oxunub: 1 152