Beyləqanda baş verən qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan qardaşlardan biri ölüb.
1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.
Qeyd edək ki, avtoqəza zamanı xəsarət alanlar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.