• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlanıb

    25

    yan

    Cəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlanıb

    Cəlilabad rayonunun Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

    "Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

    Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

    Tarix : 25-01-2025, 19:50 | Oxunub: 1 168