Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları restoranlarda tullantı suların təmizlənmədən su hövzələrinə axıdılması faktları aşkarladı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunda fəaliyyət göstərən fiziki şəxs Fazil Həsənova məxsus "Ləzzət kafe", Abbas Əhmədzadəyə məxsus "Venesiya", Fazil Məmmədova məxsus "Ailəvi çayxana", Ruslan Əzimova məxsus "Narva", Vüqar Səmədova məxsus "Bulvar Lənkəran" iaşə obyektlərində, vəzifəli şəxs Zeynal Əhmədova məxsus "Panarama" və Astara rayonunda fəaliyyət göstərən fiziki şəxs Ceyhun Kərimzadəyə məxsus “Dadım” restoranında tullantı suların təmizlənmədən birbaşa açıq su hövzələrinə axıdılması faktları aşkar edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Ekologiya.az