• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Quba rayonunda çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib

    03

    iyn

    Quba rayonunda çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonunun inzibati ərazisində Qaraçay çayının 1-ci Nügədi kəndinin yaxınlığından keçən hissəsinin sol sahilində fiziki şəxs Zaur Cəfərovun, Qudyalçay çayının Zizik kəndi yaxınlığından keçən hissəsində fiziki şəxs Elməddin Həsənovun və Hacıqayıb kəndi yaxınlığından keçən hissəsinin sağ sahilində yerləşən və “Qranit Servis” MMC-nin istifadəsində olan qum-çınqıl karxanalarından ümumilikdə 1119 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib.


    Faktlarla bağlı müvafiq olaraq karxanaların və MMC-nin iş icraçıları Mustafa Heydərov, Mütəllim Hüseynov, Tərlan Təhməzov barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.Ekologiya.az

    Tarix : 3-06-2025, 17:44 | Oxunub: 1 208