• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz süxur daşınmasıfaktları aşkar edilib

    04

    okt

    Qanunsuz süxur daşınmasıfaktları aşkar edilib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qaraçay çayının Quba rayonunun inzibati ərazisindən keçən hissəsindən “Az İnşaat” MMC, "Bermud" firması, fiziki şəxslər Elçin Mustafayev, Zaur Cəfərov və Zərbadam Məmmədovaya məxsus karxanalar tərəfindən ümumilikdə 16027 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib. 

    Faktlarla bağlı müvafiq olaraq “Az İnşaat” MMC-nin məsul şəxsi Çingiz Nəcəfov, "Bermud" firmasının məsul şəxsi Zamiq Şirinov, karxanaların iş icraçıları İlkin Ədilov, Vilayət Həsənov və Zəfər Vahabov barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.

    Tarix : 4-10-2024, 11:05 | Oxunub: 1 744