Lənkəranda güclü külək Lənkəran-Boradigah-Masallı magistralının Vilvan kəndi ərazisində irigövdəli ağacı yola aşırıb.
Ekologiya.az xəbər verir ki, nəticədə, kəndin elektrik təsərrüfatına ciddi ziyan dəyib, 850 abonent işıqsız qalıb.
Əraziyə aidiyyəti qurumlar cəlb olunub. Ağacın magistral yoldan götürülməsi və kəndin elektrik enerjisinin bərpası üçün işlər aparılır. (APA)

XƏBƏRLƏR
SON DƏQİQƏ
Lənkəranda 850 abonent işıqsız qaldı - SƏBƏB - FOTO