• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib

    12

    iyn

    Çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonunun inzibati ərazisində Pirsaatçay çayının Şamaxı rayonunun inzibati ərazisindən keçən hissəsinin sol sahilində fəaliyyət göstərən "Aztimont" ASC-yə məxsus karxanadan, Kəlbəcər rayonu Çopurlu kəndinin inzibati ərazisində “Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Lev çayının yatağından ümumilikdə 1208 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktı müəyyən edilib.


    Faktlarla bağlı müvafiq olaraq karxanın iş icraçısı Fəzail Həsənov  və şirkətin mühəndisi Bahri Bolat barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər. Ekologiya.az

    Tarix : 12-06-2025, 12:36 | Oxunub: 1 240