Bakı Kənar Dairəvi yolunun Yeni Yasamal rayonu ərazisindən keçən hissəsində minik avtomobili yük avtomobilinə çırpılıb.

Ekologiya.az xəbər verir ki, hadisənin gecə saatlarında baş verdiyi bildirilir.

İlkin məlumata görə, 77-AL-401 dövlət nömrə nişanlı "Khazar" markalı avtomobil üzü Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olan zaman 77-RS-976 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı maşında sıxılmış vəziyyətdə qalan üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəbini öyrənmək üçün Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.

Hadisənin görüntülərini təqdim edirik: