• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Lənkəranda bəzi kəndləri su basıb - 20-dən çox sakin təxliyə olunub

    06

    fev

    Lənkəranda bəzi kəndləri su basıb - 20-dən çox sakin təxliyə olunub

    Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonunun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə müraciətlər daxil olub.

    Ekologiya.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında deyilir.

    Bildirilib ki, bununla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

    Nazirliyin qüvvələri tərəfindən hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 22 nəfər vətəndaş təxliyə olunub.

    Tarix : 6-02-2025, 13:07 | Oxunub: 1 264