• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Babək körpüsündə zəncirvari qəza

    30

    may

    Babək körpüsündə zəncirvari qəza

    Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

    Videogörüntüdə hadisənin bu gün saat 14 radələrində Babək körpüsündə baş verdiyi, nəticədə ölən və xəsarət alanların olduğu bildirilib.

    Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq.

    İdarənin bölmə rəisi Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqlədi: "Hadisə bu gün saat 13:30-da paytaxtın Nizami rayonu, Babək prospektində üç nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

    Nəticədə 4 nəfər xəsarət alıb, ölən yoxdur. Hazırda Nizami Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib. 

    Tarix : 30-05-2024, 10:06 | Oxunub: 2 945